Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir. Mundialın növbəti yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar bəlli olub. 60 kq-da mübarizə aoaran təmsilçimiz Ayxan Cavadov finala kimi uğurla irəliləyib və həlledici dueldə ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib. 12:5 hesabı ilə qalib gələn pəhləvanımız dünya çempionu olub və yığmamıza turnirdə ilk qızıl medalı gətirib. Hazırda Azərbaycanın aktivində 6 medal var. Buna kimi Ruzanna Məmmədova (62 kq) gümüş medala yiyələnibsə, Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq), Yusif Dursunov (125 kq) və Günay Qurbanova (59 kq) bürünc medal əldə ediblər.