“Sabah” müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın “Holştayn” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.

Son Azərbaycan çempionu 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Puxaç ötən ilin sentyabrından komandanın formasını geyinir. O, cari mövsümdə “Sabah”ın heyətində bütün turnirlərdə 33 oyunda 2 qol vurub və 12 məhsuldar ötürmə edib.