İspaniya təmsilçisi “Real Madrid”in prezidenti Florentino Peres klubun rəhbər vəzifəsinə vaxtından əvvəl seçkilərin keçiriləcəyini elan edib.
Peres bunu mətbuat konfransında açıqlayıb.
“Bağışlayın, amma mən istefaya getmək niyyətində deyiləm. Mən yeni seçkilər çağırıram, çünki “Real” öz üzvlərinə məxsusdur və onlar qərar verməlidirlər. Qoy başqa insanlar namizədliklərini irəli sürsünlər, proqramlarını təqdim etsinlər. Məni tənqid edən hər kəs bu seçkilərdə iştirak edə bilər”, – Peres bəyan edib.
Daha əvvəl klub prezidentinin 2029-cu ildə seçilməsi planlaşdırılırdı.














