Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov Türkiyə – Norveç oyununa təyinat alıb.
Təcrübəli mütəxəssis kişilər arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi qismində fəaliyyət göstərəcək.
Türkiyə – Norveç oyunu mayın 16-da, Ankaranın “THF İdman Kompleksi”ndə keçiriləcək. Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcəklər.














