Koreş güləşi üzrə dünya çempionatının qalibi olan türkmənistanlı Dayanç Omirov antidopinq qaydalarını pozduğuna görə 6 illik diskvalifikasiya edilib.
Bu barədə Beynəlxalq Test Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Ötən ilin avqustunda götürülən dopinq testində qadağan olunmuş maddələr aşkarlandığı üçün idmançı diskvalifikasiya edilib.
Dayanç Omirovun 29 yaşı var. O, 2023-cü ildə dünya çempionu olub.














