FIBA Avropa kubokunda mübarizə aparacaq “Neftçi” hazırlığını Rumıniyada keçirəcəm. Bakı klubu bu məqsədlə sentyabrın 4-də adıçəkilən ölkəyə yollanacaq. “Ağ-qaralar” 2 həftəlik hazırlıq müddətində 6 yoxlama oyunu keçirməyi planlaşdırıb. Qeyd edək ki, “Neftçi” Avropa Kubokunun I qrupunda Estoniyadan “Kalev/Kramo”, Türkiyədən “Bursaspor” və Polşa təmsilçisi “Trefl” ilə yarışacaq.