Misli Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

“Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax” ilə qarşılaşıb. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.

Xalını 59-a çatdıran “Turan Tovuz” 3-cü pillədə möhkəmlənib. 14 xalla sonuncu olan “Karvan-Yevlax”ın elitanı tərk edəcəyi dəqiqləşib.