“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının I mərhələsi başa çatıb.

Yürüş Bakıdakı “Sea Breeze” ərazisindən başlayaraq Sumqayıt şəhərində yekunlaşıb. İştirakçılar 158,7 kilometr məsafədə mübarizə aparıblar. Finişə hamıdan tez Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko çatıb.

Qeyd edək ki, yarışın II mərhələsi Bakı – Şamaxı – İsmayıllı marşrutu üzrə aparılacaq.