“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürüb.

İlk mərhələ “Sea Breeze”dən başlayıb və Sumqayıtda yekunlaşacaq. Marşrutun uzunluğu 158,7 kilometr təşkil edir.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.