Fransa Liqa 1-ni tərk edəcək ikinci klubun da adına aydınlıq gəlib. Bu, “Nant” kollektividir.
33-cü tur çərçivəsində “Lans”a 0:1 hesabı ilə uduzan komanda çempionatın bitməsinə 1 tur qalmış 23 xalla 17-cidir və pley-off mərhələsində oynamağa şans verən 16-cı yerdəki “Oser”dən 5 xal geri qalır.
Beləliklə, 8 qat Fransa çempionu olan “Nant” 13 mövsüm sonra Liqa 2-də yarışacaq.













