UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Səfərdə 3:1 hesablı qələbə qazanan “Kristal Pelas” “Şaxtyor”u bu dəfə Londondakı görüşdə 2:1 məğlub edib və ilk dəfə çıxış etdiyi turnirin finalına yüksəlib.

Digər yarımfinal oyununda isə “Strasbur” “Rayo Valyekano”nı qəbul edib. Evdə 1:0 qalib gələn Madrid klubu səfərdə də eyni hesaba sevinib. “Şimşəklər” də ilk dəfə finalda yarışmaq haqqı qazanıb.

“Kristal Pelas” – “Rayo Valyekano” qarşılaşması mayın 27-sində Almaniyada, Leyptsiq şəhərindəki “RB Arena”da təşkil ediləcək.