“Gəncə” komandası heyətinə yeni basketbolçu cəlb edib.

Klub ABŞ-dən olan Donovan Donaldsonla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.

30 yaşlı oyunçu Şimali Makedoniya, Macarıstan, Almaniya, Yunanıstan, Finlandiya və Fransada çıxış edib. O, son olaraq Kiprin “Keravnos” klubunun formasını geyinib.