Misli Premyer Liqasında VIII tura yekun vurulub.
Son oyun günündə iki matç keçirilib. “İmişli” Yevlax şəhər stadionunda təşkil edilən görüşdə “Turan Tovuz”a 1:0 qalib gəlib. “Kəpəz” isə Gəncədə “Zirə” ilə 1:1-lik heç-heçə edib.
Hazırda 19 xallı “Sabah” turnir cədvəlinə başçılıq edir. Onların ən yaxın izləyiciləri “Neftçi” ilə “Qarabağ”ın 17 xalı var. 14 xalla 4-cü olan “Turan Tovuz” “Şamaxı”dan 1, “Zirə”dən 2, “Kəpəz”dən 3 xal öndədir. “Sumqayıt” 8 xalla 8-ci mövqedə qərarlaşıb. 7 xalla 9-cu olan “İmişli” “Qəbələ”ni 3, “Şəfa”nı 4, “Araz-Naxçıvan”ı 5 xal qabaqlayır.















