“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxıb.

H qrupunda yer alan Bakı təmsilçisi II turda Latviyanın VEF kollektivinə uduzub – 94:110.

Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində keçirilib.

Qeyd edək ki, “Neftçi” ilk görüşdə Yunanıstan təmsilçisi “Mikonos”a məğlub olub – 58:78.