Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub. Son gündə Azərbaycan millisi iki medal əldə edib.
100 kq-dan artıq çəkidə yalnız həlledici dueldə rusiyalı İnal Tasoyevə uduzan Uşanqi Kokauri karyerasında ikinci dəfə gümüş medal əldə edib. Bu çəkidə digər idmançımız Kənan Nəsibov üçüncülük uğrunda görüşdə digər Azərbaycan təmsilçisi Camal Qamzatxanova qalib gələrək bürünc mükafat qazanıb.
Beləliklə, Azərbaycan millisi mundialda fərdi yarışı 1 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.











