AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan yeni təyinat alıb.,
O, qadınlar arasında DÇ-2027-nin seçmə mərhələsinin pley-offu çərçivəsində keçiriləcək Albaniya – Uels matçında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Albaniyanın Şkoder şəhərində təşkil ediləcək qarşılaşma görüş sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.














