Bu gün Azərbaycanın FIBA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” qrup mərhələsində ilk oyununa çıxacaq.

“Bayquşlar” A qrupunun ilk matçında Litva səfərində “Ritas” kollektivi ilə üzləşəcək.

“Vilnüs Arena”da təşkil ediləcək və saat 20:30-da başlayacaq görüş “CBC Sport”da canlı yayımlanacaq.