Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Yarışın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq.

73 kq-da 2024-cü ilin dünya birincisi Hidayət Heydərov birinci duelində kosovolu Akil Qiyakova ilə üzləşəcək. Eyni çəkidə digər cüdoçumuz Rəşid Məmmədəliyev isə ilk mərhələdən azaddır. Qadınlar arasında 57 kq-da isə Xədicə Qadaşova Qırğızıstandan Janar Joldoşeva ilə qarşılaşacaq.

Qeyd edək ki, hələki millimizin aktivində bir qızıl medal var. 60 kq-da Əhməd Yusifov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.