Ötən gün UEFA Millətlər Liqasının A Liqasında IV turun növbəti oyunları keçirilib.

IV qrup çərçivəsində Portuqaliya millisi Norveçi qəbul edib. “Avropa braziliyalılar”ı oyunun gedişində hesabda geri düşsə də, Joau Kanselu və Qonsalu Ramuşun qolları sayəsində 2:1 hesablı qələbə qazanıb.

Bu qalibiyyət sayəsində xalını 12-yə çatdıran Portuqaliya turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.