Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ilk günündə 4 idmançımız yarışa qoşulub. Onlardan 60 kq-da mübarizə aparan Əhməd Yusifov finala kimi uğurla irəliləyib.
Həlledici dueldə qazaxıstanlı Şerzod Davlatovu məğlub edən Yusifov qızıl medala sahib çıxıb.
Bu, Azərbaycanın müstəqillik dövründə cüdo üzrə əldə edilən dördüncü dünya çemponluğudur.












