Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Hindistan cüdoçusu Harş Sinqhlə qarşılaşıb.
Əhməd Yusifov rəqibini ipponla məğlub edərək adını 1/4 finala yazdırıb.













