“Formula 1” üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi birbaşa hadisə yerindən işıqlandırıb.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bundan əlavə, Bakıdakı yarış 56 xarici televiziya kanalında yayımlanıb.
Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi “Mersedes” pilotu Corc Rassell olub.













