Azərbaycan Basketbol Liqasında yeni mövsümə bu gün start veriləcək.

I turun ilk oyununda son çempion “Sabah” “LANDAU Lions”la üz-üzə gələcək.

Matç Bakı İdman Sarayında, saat 19:30-da start götürəcək.

Xatırladaq ki, I turun digər oyunları 2, 3 və 4 oktyabrda reallaşacaq.