Bolqarıstanın Plovdiv şəhərində savat kombat üzrə Avropa çempionatı keçirilib.

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan idmançıları yarışda iki medal qazanıblar.

Yasin İbrahimov (56 kq) gümüş, Məhəmməd Süleymanov (80 kq) isə bürünc mükafata sahib çıxıb.