“Sumqayıt” heyətinə yeni basketbolçu cəlb edib.

Bu barədə “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.

Komanda müdafiəçi mövqeyində çıxış edən Elşad Şirzadovla 1 illik müqavilə imzalayıb.

Şirzadov ötən mövsümü “Ordu”nun heyətində keçirib. 27 yaşlı basketbolçu daha əvvəl NTD və “Gəncə” klublarında da oynayıb.

O, Azərbaycanın U-18, U-20 və əsas millisinin uğurları üçün də çalışıb.