Azərbaycan Basketbol Federasiyasının (ABF) Hakimlər Kollegiyası ilə Azərbaycan Basketbol Liqası (ABL) klublarının nümayəndələri arasında görüş keçirilib.

Bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

Bakı İdman Sarayında təşkil olunan tədbirdə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) oyun qaydalarındakı dəyişikliklər barədə ətraflı məlumat verilib.

Görüşdə həmçinin 2026/2027 mövsümü ilə bağlı məsələlər müzakirə olunub.