İspaniya La Liqasının VII turunda növbəti oyunlar keçirilib.

“Sevilya” doğma “Ramin Sançez Pisxuan”da “Barselona”nı qəbul edib. Kataloniya klubu geriyə düşdüyü qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb. Bu görüşdə het-trik edən Rafinya komandasının qələbəsində əsas pay sahibi olub. Primeranın ilk 7 matçında 12 qol vuran braziliyalı hücumçu bu göstərici ilə Kataloniya klubunun tarixində bir ilkə imza atıb.

21 xalla lider olan “Barselona” 1 oyun az keçirən ən yaxın izləyicisi “Real Madrid” və “Betis”i 5 xal qabaqlayır. “Sevilya” isə 13 xalla 5-ci pillədə qərarlaşıb. Bu gün La liqada 7-ci tura daha 5 görüşlə yülun vurulacaq. Mərkəzi qarşılaşmada “Real” “Atletiko”nun qonağı olacaq.