Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Ayxan Abbasov yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan, UEFA Millətlər Liqasında sentyabrın 27-də səfərdə Litva ilə ilk, oktyabrın 1-də Lixtenşteynlə və 3 gün sonra yenidən Litvaya qarşı doğma meydanda təşkil ediləcək matç üçün 30 futbolçu dəvət edib.
Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”)
Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Tecon”, Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov (“Sabah”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”)
Yarımmüdafiəçilər: Ceyhun Nuriyev (“Araz-Naxçıvan”), Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov ( “Neftçi”), Fərid Yusifli (“Şəfa”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“İroni Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev ( “Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev (“Kişvarda”, Macarıstan), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”)
Hücumçular: Vüsal İsgəndərli (“Malışeva”, Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa), Renat Dadaşov (“Bukovina”, Ukrayna).

















