“Qəbələ”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“Qırmızı-qaralar” şimali makedoniyalı Yeton Bekiri ilə “1+2” illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində “Şkendiya” klubuna rəhbərlik edib. O, daha əvvəl vətənində “Drita Boqovine”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl-Cabalayn”ın (Səudiyyə Ərəbistanı) isə idman direktoru işləyib.

Bekiri 2024/2025 mövsümündə “Şkendiya” ilə Şimali Makedoniya çempionu olub.