İspaniya La Liqasında VI tur start götürüb. “Rayo Valyekano” “Espanyol”u 2:1, “Valensiya” “Alaves”i 1:0 hesabı ilə üstələyib.

“Real Madrid” isə səfərdə “Elçe” ilə üzləşib. “Kral klubu” görüşün gedişində 2 top fərqi ilə hesabda önə keçsə də, ardınca bu üstünlüyü itirib. İstənilən halda 90+1-ci dəqiqədə komandanın yay transferlərindən olan Karlos Espinin qolu “Real”a 3:2 hesablı çətin qələbəni gətirib.

Hazırda aktivində 15 xal olan paytaxt təmsilçisi turnir cədvəlinin ikinci pilləsində yer alıb. Turun daha 4 matçı bu gün keçiriləcək.