Bu gün Özbəkistanın Səmərqənd şəhərində 46-cı Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Azərbaycanın kişi yığması ilk turda Mərakeşə 4:0 hesabı ilə qalib gəlib. Lövhələr üzrə qələbələri Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli əldə edib.

Qadınlardan ibarət Azərbaycan millisi isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovanın qalibiyyətləri sayəsində Qvatemalanı 4:0 hesabı ilə məğlub edib. Şəhriyar Məmmədyarov və Ülviyə Fətəliyeva bu oyun günündə iştirak etməyiblər.

Qeys edək ki, Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir və sentyabrın 27-də başa çatacaq.