“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, Rafael Vieqaş yenidən komandanın sıralarına qayıdıb.

Futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Rafael Vieqaş karyerası ərzində Portuqaliyanın “San-Joau Ver”, “Vilaverdense”, “Felqeyraş”, “Salgueyruş”, “Şaveş”, “Vizela” və “Agueda”, Çexiyanın “1 Znoymo”, həmçinin Braziliyanın “Real-DF” komandalarının formasını geyinib.

Qeyd edək ki, Vieqaş ötən mövsüm də “İmişli”nin heyətində çıxış edib. O, 31 oyuna çıxıb və 1 qol vurub.