Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi” kanadalı basketbolçu Şakeyl Prays ilə müqavilə bağlayıb.
Boyu 188 sm olan müdafiəçi ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Şakeyl Prays son olaraq Niderlandın “Luvarden” komandasının formasını geyinib.













