Kaxaber Tsxadadzenin gedişindən sonra “Qəbələ”ni növbəti matça hansı mütəxəssislərin çıxaracağı müəyyənləşib.

Komanda “İmişli”yə qarşıdakı matça Amil Ağacanov – Miloş Yevtiç məşqçilər duetinin rəhbərliyi altında hazırlaşır.

Qeyd edək ki, “Qəbələ” – “İmişli” qarşılaşması sentyabrın 4-də, saat 18:00-da start götürəcək.