Bu mövsüm FIBA Avropa Liqasında yarışacaq “Gəncə” basketbol klubu ABŞ-li hücumçu Nik Ellinqtonu heyətinə cəlb edib.
25 yaşlı forvardla gələn ilin yayına kimi müqavilə imzalanıb.
203 santimetr boya malik Nik Ellinqton karyerasında ilk dəfə ölkəsindən kənarda çıxış edəcək.













