İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub.

Bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi “Kadis” klubu məlumat yayıb.

Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq.

Xatırladaq ki, Susa karyerasında İtaliyanın “Milan”, İngiltərənin “Liverpul”, İspaniyanın “Sevilya” klublarının da formasını geyinib.