“Karvan-Yevlax” heyətinə daha bir futbolçu qatıb.

Bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi Onyekaçi Silas Eze ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

30 yaşlı oyunçu ölkəsinin “Boavişta”, “Jil Visente”, “Paredes”, “Marinhense”, “Varzim”, Çexiyanın “Znojmo” klublarında forma geyinib.