“Qarabağ”ın keçmiş müdafiəçisi Kevin Medina və Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilovun formasını geyindiyi Malayziyanın “Cohor” klubu ölkə çempionatlarında ardıcıl məğlubiyyətsiz oyunların sayına görə dünya rekordu müəyyənləşdirib.
“Cohor” yeni mövsüm Malayziya liqasının I turunda “Kuçinq”i 3:0 hesabı ilə məğlub edib. Bununla da komanda çempionatda məğlubiyyətsizlik seriyasını 109 oyuna çatdırıb. Medina sözügedən görüşdə əsas heyətdə meydana çıxıbsa, İsrafilov ehtiyatda qalıb.
Malayziyalılar Kot-d’İvuar təmsilçisi “ASEK Mimozas”ın 1989-1994-cü illəri əhatə edən 108 matçlıq rekordunu qırıblar. Qeyd edək ki, son 4 mövsümdə ölkə çempionu olan “Cohor” 2021-ci ilin aprelindən bəri daxili liqada uduzmayıb.











