Misli Premyer Liqasının II turunun daha bir oyunu keçirilib.

“Zirə” doğma meydanda “İmişli”ni qəbul edib. Zirə İdman Kompleksinin stadionunda təşkil edilən matçda ev sahibi komanda 3:1 hesablı qələbə qazanıb.

İlk turda “Şəfa”ya 2:0 qalib gələn “Zirə” maksimal nəticə göstərib. Birinci görüşündə “Araz-Naxçıvan”la heç-heçə edən “İmişli”nin 1 xalı var.