Bu gün Misli Premyer Liqasında II tura start veriləcək.
İlk oyun günündə iki matç keçiriləcək. Saat 18:30-da başlayacaq görüşdə “Qəbələ” doğma meydanda “Şəfa”nı qəbul edəcək. Qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.
Saat 20:45-də isə “Zirə” doğma meydanda “İmişli” ilə üzləşəcək. Bu dueldə ədaləti Əli Əliyev qoruyacaq. Hər iki oyun “CBC Sport”la canlı yayımlanacaq.

















