Voleybol üzrə qadınlar arasında Avropa çempionatında ilk turun bir neçə oyunu keçirilib.
A qrupunun matçında Türkiyə seçməsi Latviyanı 3:0 hesabı ilə məğlub edib. B qrupunda Bolqarıstan Ukraynaya, Serbiya isə Avstriyaya 3:0, Çexiya Yunanıstana 3:1 qalib gəlib. D qrupunda isə Fransa Slovakiyadan, İtaliya Xorvatiyadan, İsveç Monteneqrodan 3:0 güclü olub.
Bu gün turnir çərçivəsində daha 8 oyun keçiriləcək. İkinci yarış gününün ilk matçında Azərbaycan millisinin də yer aldığı C qrupunda Belçika və İspaniya seçmələri üzləşəcək. Saat 15:30 başlayacaq görüş “CBC Sport”la canlı yayımlanacaq.
Bununla yanaşı İtaliya – Monteneqro, Rumıniya – Niderland və Avstriya – Çexiya qarşılaşmalarını “CBC Sport”un yutub kanalında izləyə biləcəksiniz.













