Azərbaycanın qadınlardan ibarət voleybol millisinin ölkəmizin də ev sahiblərindən olduğu Avropa çempionatı üçün yekun heyəti açıqlanıb:
Hücumçular: Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova
Blokçular: Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova
Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova
Baş məşqçi: Faiq Qarayev
Köməkçi məşqçilər: Emin Əbilov, Ziya Rəcəbov
Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.












