“Neftçi” daha bir futbolçu transferini həyata keçirib.

Paytaxt təmsilçisi serbiyalı hücumameylli yarımmüdafiəçi Draqolyub Saviç ilə 2+1 illik müqavilə imzalayıb.

Saviç vətənində, Avstriya və Latviya klublarında çıxış edib. Onun sonuncu komandası ölkəsinin “Baçka-Topola” kollektivi olub. 25 yaşlı oyunçu ötən mövsüm Serbiya Superliqası və kuboku yarışlarında 36 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Cari futbol ilində isə 3 görüşdə 1 qolla yadda qalıb. ⚽️