Avqustun 24-dən 30-dək Niderlandın paytaxtı Amsterdamda akademik avarçəkmə üzrə dünya çempionatı keçiriləcək. Yarışda Azərbaycan idmançıları da mübarizə aparacaq.

Mundialda Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəki dərəcəsində ikinəfərlik qayıqlarda mükafatçılar sırasına düşməyə çalışacaqlar. Azərbaycan millisinə Volodimir Morozov baş məşqçilik edir.

Qeyd edək ki, dünya çempionatına 60-dan çox ölkədən idmançılar qatılacaq.