Avqustun 27-29-da “Sea Breeze” istirahət mərkəzində Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.
U-17 dünya çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq. Oğlanlar arasında 60, 70, 80 və 90 kq-da, qızlarda isə 45, 55, 65 və 75 kq-da qaliblər müəyyənləşəcək. Bu turnir avqustun 27-də təşkil ediləcək.
Avqustun 28-29-da isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi keçiriləcək. 60-dan çox idmançının qatılacağı yarışda kişilər 70, 80, 90 və +90 kq-da, qadınlar isə 50, 60, 70 və +70-da çıxış edəcəklər.












