UEFA Superkuboku matçında Çempionlar Liqasının son qalibi “Paris Sen-Jermen” və Avropa Liqasının qızıl medalçısı “Aston Villa” kollektivləri üzləşib.

Qarşılaşmanı 2:1 hesabı ilə qalib tamamlayan PSJ ardıcıl ikinci dəfə titula sahib çıxıb. Vaxtıilə “Barselona” ilə eyni uğuru yaşayan Fransa klubunun çalışdırıcısı Luis Enrike yarışda zəfərlərinin sayını üçə çatdırıb.

“Aston Villa”nın baş məşqçisi Unai Emeri üçün isə bu Superkubokda dördüncü məğlubiyyət olub. İspaniyalı mütəxəssis buna kimi “Sevilya” ilə iki, “Vilyarreal”la bir dəfə sözügedən turnirdə məyusluq yaşayıb.