“Neftçi” növbəti transferini reallaşdırıb.
“Ağ-qaralar” Alen Şkribeki heyətinə qatıb. 25 yaşlı macarıstanlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şkribekin son komandası ölkəsinin ZET klubu olub. O, ötən mövsüm keçirdiyi 37 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

















