“Kəpəz” yay fasiləsində növbəti transferini reallaşdırıb.
Qapı xəttini gücləndirən “sarı-göylər” Rəşad Əzizlini heyətinə qatıb. Son olaraq “Səbail”də çıxış edən qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Kəpəz” bu yay Rojerio Santos (son klubu “İroni Tiberias”, İsrail), Vadim Abdullayev (son klubu “Karvan-Yevlax”), Azuma Abubakar (son klubu “Lustenau”, Avstriya), Urfan Abbasov (son klubu “Araz-Naxçıvan”), Kennet Kalunqa (son klubu “Mingəçevir”), Viktor Stina (Son klubu “Zimbru”, Moldova), Hüseyn Babayev (“Baku Sportinq”) və Namiq Ələsgərovu (“Zirə”) və Olabiran Blessinq Muyivanı (“Akritas”, Kipr) da transfer edib.














