Misli Premyer Liqasının 1-ci turunda baş tutacaq “Sumqayıt” – “Neftçi” matçının məkanı dəyişib.

Belə ki, oyun “SOCAR Polymer Arena”da təşkil ediləcək. Buna səbəb “kimyaçılar”ın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə yenilənmə işlərinin aparılmasıdır.

Qeyd edək ki, ölkə çempionatında 2026-2027-ci illər mövsümü avqustun 14-də başlayacaq.