“Arsenal” yay fasiləsində növbəti transferini reallaşdırıb.
London klubu “Nyukasl”dan Bruno Qimaraeşin keçidini açıqlayıb. Yeni komandası ilə 4 illik müqavilə imzalayan braziliyalı futbolçu 90 milyon avroya başa gəlib.
29 yaşlı mərkəz müdafiəçisi “topçular”ın heyətində 39 nömrəli formanı geyinəcək.












